Əsas Səhifə > Güney Press > COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək

COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək


Bu gün, 11:55
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bakıda keçirilən COP29 tədbiri çərçivəsində 'City for People in Baku: Transforming
Urban Spaces for a Sustainable Future' (Bakıda İnsanlar Üçün Şəhər: Davamlı Gələcək
Naminə Şəhər Məkanlarının Dəyişdirilməsi) şuarı altında tədbir baş tutacaq.
20 noyabr tarixində keçiriləcək tədbirdə AYNA-nın nümayəndəsi və həmçinin nəqliyyat
üzrə ekspert Vüsal Rəcəbli, 'City for People' konseptinin təqdimatını, görüləcək işləri,
layihələri və ekosistemin sağlamlığının təkmilləşdirilməsi barədə açılış nitqi
söyləyəcəklər.
Tədbirin davamı olaraq, Bakıda özəl sektor tərəfindən ekoloji islahatların dəstəklənməsi
məqsədilə keçirilən tədbirlər barədə məlumatlar təqdim olunacaq və panel sessiyasında
müzakirə ediləcək. Panelistlər qismində AYNA-nın nümayəndəsi, nəqliyyat üzrə ekspert
Vüsal Rəcəbli, Bolt şirkətinin Azərbaycandakı səfər sifarişi xidmətinin rəhbəri Naim
Əzizov, AmCham Heyətinin icraçı direktoru Gülnarə Aslanbəyli və KPMG şirkətinin
Hüquq departamenti üzrə rəhbəri və direktoru Seymur Niftaliyev tədbirə dəvət olunublar.
Qonaqlar ekoloji təhlükəsiz taksi xidmətləri, Bakıda mikromobilliyin genişləndirilməsi və
gələcək perspektivlər haqqında fikir mübadiləsi aparacaqlar. Həmçinin, Bakıya 6500
km-dən çox məsafəni velosipedlə qət edən COP 29 velosiped sürmə komandasının
üzvü Giyem Otraj (Guillaime Otrage, COP29 Ride Team) davamlılıq mövzusunda, iqlim
dəyişiklikləri ilə bağlı düşüncələrini bölüşəcək.
Qeyd edək ki, panel sessiyası Bolt şirkətinin Dövlət siyasəti üzrə rəhbəri, Paşayeva
Maarifə tərəfindən aparılacaq.

"DİA-AZ"

Geri qayıt