Əsas Səhifə > Güney Press > Yeniyetmə özünü 13-cü mərtəbədən atdı

Yeniyetmə özünü 13-cü mərtəbədən atdı


Bu gün, 11:03
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı
Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Amal Pərviz oğlu Vəliyev yaşadığı 18 mərtəbəli binanın 13-cü mərtəbəsindən özünü atıb.

Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Nərimanov rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Geri qayıt