Əsas Səhifə > Güney Press > Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi

Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi


Bu gün, 00:19
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi
ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib.

TNS xəbər verir ki, bu barədə "New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu qərar Vaşinqtonda hakimiyyət dəyişikliyinə cəmi iki ay qalmış verilib və ABŞ siyasətində ciddi dəyişiklik hesab olunur. Bu addımla bağlı Amerika liderinin müşavirlərinin fikirləri bölünür.

Nəşr iddia edir ki, raketlər çox güman ki, Rusiya Federasiyası və KXDR hərbçilərinə qarşı Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrini qorumaq üçün istifadə olunacaq.
Geri qayıt