Əsas Səhifə > Güney Press > Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər

Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər


Bu gün, 13:52
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər
Fransa Prezidenti Emmanuel Makron deyib ki, Avropa ölkələri Donald Trampın iqtisadi siyasətinə görə eyni anda həm ABŞ, həm də Çinlə ticarət müharibələrinə cəlb olunma riski ilə üzləşirlər.

Onun sözlərinə görə, Avropa açıq şəkildə tarif müharibələri dünyasına daxil olur və ABŞ-ın yeni prezidenti avropalılarla amerikalılar arasında dəyər zəncirlərini poza bilər.

Donald Trampın prezident seçilməsi başda Emmanuel Makron olmaqla bir çox Avropa liderini narahat edir. Makron isə Trampın prezident seçilməsindən xüsusilə narahatdır.

Bu narahatlığın səbəbi nədir? Paris ilə Vaşinqton arasında soyuq küləklər əsir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, respublikaçılar, o cümlədən onların lideri Donald Tramp biznesmen təfəkkürlü siyasətçidir:

“O, Cozef Baydendən fərqli olaraq radikal deyil. Trampın əvvəlki hakimiyyəti dövründə Rusiya ilə münasibətlər indikinə nisbətən loyal idi. Böyük ehtimalla Tramp andiçməsindən sonra yenidən Rusiya ilə münasibətləri bərpa etməyə çalışacaq. Bu isə o deməkdir ki, Avropa Ukraynadakı müharibədə Rusiya ilə təkbətək qalacaq.

Bir çox Avropa ölkəsi kimi Fransanı da bu məsələ narahat edir. Əgər dediyimiz kimi olarsa, gələcəkdə Avropa dövlətləri arasında ziddiyyətlərin artması gözləniləndir. Onlardan bəziləri Ukraynanı dəstəkləməkdən imtina edə bilər.

Makron isə sırf Avropa liderliyinə çalışır. Bunu bacardığını demək olmaz. Çünki Paris təkbaşına bütün Avropada lider ola bilməz. Almaniya buna gec-tez qarşı çıxacaq. ABŞ Aİ-dən əlini çəksə, ittifaq parçalana bilər”.

Geri qayıt