Əsas Səhifə > Güney Press > MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub

MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub


Bu gün, 12:41
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 26 oktyabrda keçirilmiş parlament seçkilərinin yekun nəticələrini təsdiqləyib.

APA-nın Tiflis müxbiri xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası 53,93% səslə seçkilərin qalibi olub.

Bununla da partiya Gürcüstanın 150 yerlik 11-ci çağırış parlamentində 89 mandata sahib olaraq çoxluq statusunu saxlayıb.

Geri qayıt