Əsas Səhifə > Güney Press > Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib
Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilibDünən, 17:17 |
Bir müddət əvvəl xüsusi əməliyyat nəticəsində həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsindəki cinayət işinə xitam verilib. “Report” xəbər verir ki, buna səbəb cinayət işi üzrə dəymiş ziyanın tam olaraq ödənilərək dövlət büdcəsinə qaytarılmasıdır. Rəşad Məmmədov barəsində bir müddət əvvəl də həbs qətimkan tədbiri ləğv edilərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Qeyd edək ki, Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin köməkçisi olan Rəşad Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülmüşdü. İttihama görə, cinayət işi üzrə 70 min manata yaxın ziyan olub. Geri qayıt |