Əsas Səhifə > Güney Press > Əlində Quran gəldi, bağışladım

Əlində Quran gəldi, bağışladım


Dünən, 16:53
Əlində Quran gəldi, bağışladım
Aşiq Namiq Fərhadoğlu atasının ölümündə ittiham etdiyi həkimi bağışlayıb.

"DİA-AZ" pravda.az-a istinadla xəbər verir ki, o, ad çəkməkdən imtina edib:

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

“Atamı bu gün dəfn etdik. Mən şou istəmirəm. Həkim dünən əlində Quran gəldi, and içdi ki, istəyirsən, məni öldür, amma günahım yoxdur. Normal müalicə etmişəm, 15 gün də yaşayıb. Mən də hacı, kərbəlayıyam, Allaha, Qurana inanan adamam. Həkimi bağışladım.

Ekspertiziya, prokurorluğa yazdırmadıq. Evdəkilər də xahiş etdilər ki, yazmayaq. Düşmən qazanan adam deyiləm. Hamı bilir. Balalarının canına and içdi ki, səhv deyirəmsə... İnsanıq da. Quranın iki başı var, kim yalandan and içirsə, Allah cəzasını verəcək. Allaha qurban olum!”

Geri qayıt