Əsas Səhifə > Güney Press > Fransanın müstəmləkəçi siyasəti bir daha ifşa edilib

Fransanın müstəmləkəçi siyasəti bir daha ifşa edilib


Bu gün, 08:36
Fransanın müstəmləkəçi siyasəti bir daha ifşa edilib
Müasir dünyanın ən miqyaslı və mötəbər beynəlxalq tədbirlərindən
olan COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi
önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun
göstəricisidir. Noyabrın 12-də öz işinə başlayan bu beynəlxalq miqyaslı
tədbirdə 196 ölkədən 72 min nümayəndə iştirak edir ki, onların arasında 80
Prezident, Vitse-prezident və Baş nazir vardır.
Noyabrın 13-də isə Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan
Kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Sammitdə çıxış edən BMT-
nin Baş katibi Antonio Quterreş G20 ölkələrinin dünyada hava
çirkləndiricilərinin 80 faizinin yaranmasına cavabdeh olduğunu deyib. “Sizin
qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm. Çünki baş verən bu
ədalətsizlik, dənizlərin səviyyəsinin yüksəlməsi sizin adaların gələcəyini
təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata
böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır”.
Baş katib diqqətə çatdırıb ki, kiçik ada dövlətləri yaranmasında heç bir
rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün dəstəyə layiqdirlər.
Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb
olunur.
Qeyd edək ki, SIDS iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan
həssas ölkələr kateqoriyasında yer almaqdadır. Adalardan ibarət və sahil
ölkələrini öz sıralarında birləşdirən alyans dəniz səviyyəsinin artmasını və
qlobal istiləşmənin digər fəsadlarını beynəlxalq müzakirələr gündəliyinə
çıxarır. Alyansa 39 dövlət və beş müşahidəçi ölkə daxildir.
Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada
dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb.
Toplantıda qeyd edilib ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada
eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi
olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki,
onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər.
Prezident İlham Əliyev kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı
zamanı bildirib: “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə
keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət
edirəm”.
İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir
göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su,
dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz
daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz
qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş
etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ
və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişdir. Ölkəmiz,
həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası
layihələrinə dəstək vermişdir. Ondan çox kiçik ada dövləti Azərbaycan
universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan
yararlanıb. Azəqbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi
dövründə ölkəmiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə
maliyyə və humanitar yardım göstərmişdir. Prezident İlham Əliyev Bakıda
sammitdəki çıxışında bildirib ki, “Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni
irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim
təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı
universitetlərdə təhsil alıb”.
Baham Adaları, Tonqa və Tuvalunun rəhbərlərinin bu ilin mayında
ölkəmizə səfəri çərçivəsində qəbul olunmuş Bakı Kommünikesində COP29-
un və iqlim maliyyələşməsinə çıxışın vacibliyinin xüsusi vurğulandığını
xatırladan dövlət başçısı bildirib: “Bu ilin sentyabrında İtki və Zərərlər
Fondunun fəaliyyətə başlaması ilə əlaqədar Bakıda ciddi irəliləyiş əldə
olundu. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada
dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır”.
Prezident, həmçinin deyib ki, bu gün Fransanın və Niderlandın
dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan
ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər. Onların iqlim dəyişmələrinin
ən ağır təsirinə məruz qaldıqlarını vurğulayan dövləti başçısı qeyd
edib: “Artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu
regionlar üçün böyük təhdid yaradır. Həmin dövlətlərin səsləri Metropoliten
hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir”.
Dövlət başçısı bildirib: “Azərbaycan kiçik ada dövlətlərinə Qoşulmama
Hərəkatının sədri kimi dəstək verib və COP29-un sədri olaraq öz dəstəyini
verir. Biz öz dəstəyimizi gələcəkdə də davam etdirəcəyik”.
Dövlət başçısı öz çıxışında Fransanın müstəmləkəçi siyasətindən də
danışıb. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini,
Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan
dövlət başçısı deyib ki, Fransa torpaqların çirkləndirilməsində, zərərin
vurulmasında günahkardır. Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə
sınağının aparılmasını nəzərə alsaq, anlaya bilərik ki, planetin
ekosisteminə nə qədər böyük zərər vurulub.
Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan Azərbaycan Prezidenti
bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının
baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi
tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını bildirib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"

Geri qayıt