Əsas Səhifə > Güney Press > "Ermənistanın xoşniyyətli dəvət qarşılığında COP29-da iştirak etməməsi...
"Ermənistanın xoşniyyətli dəvət qarşılığında COP29-da iştirak etməməsi...Dünən, 18:58 |
“Ermənistanın, “Azərbaycan neft ölkəsi kimi COP 29 keçirə bilməz” yumşaq desək olduqca sərsəm bəyanatdır. Birincisi, COP29-un Bakıda keçirilməsi barədə səsvermə prosesində Azərbaycana səsini vermiş 160 ölkə arasında Ermənistan da var. İkincisi, indiyə qədər keçirilən COP-a neft ölkələri də sahiblik ediblər. Birləşmiş Ərəb Əmirliklərini, Misiri, Qətəri misal göstərmək olar”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, Ermənistanın COP29-da iştirak etməməsi, faciə deyil: “Azərbaycan tərəfi xoşməramlı niyyət göstərmiş, dəvətnamə göndərmişdi. Qarşı tərəf isə, növbəti dəfə xoş niyyəti qiymətləndirməyi bacarmadı. Çünki, üzü qaradır. Deməyə sözü yoxdur. “Metsamor” atom stansiyasının bağlanması ilə bağlı Avropa İttifaqının qarşısında götürdüyü öhdəliklər icra olunmamışdır. Baxmayaraq ki, bu məqsədlə kifayət qədər maliyyə kompensasiyası almışdılar. Digər bir məsələ, 30 illik işğal dövründə Qarabağın və Şərqi Zəngəzurun ekologiyasını məhv ediblər. Ərazisindən keçən Araz çayınıvə sərhədyanı Oxçuçayı zəhərləməkdə davam edirlər. Bütün bunlara görə cavab verməlidirlər”. Nəsib Məhəməliyev bildirib ki, COP29 konfransı yüksək səviyyədə təşkil olunub. Konfranslarda, panellərdə müzakirələr gedir, yeni təkliflər səsləndirilir: “Artıq bəzi sənədlər imzalanıb, razılaşmalar əldə olunub. Ali qonaqlar tədbirini yüksək səviyyədə təşkilatçılığından danışırlar. 3000-ə yaxın akkreditə olunmuş, mətbuat nümayəndələri tərəfindən işıqlandırılır. COP29 bütün dünyanın diqqət mərkəzindədir. Təbiii olaraq, qonaqlar Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi, Bakının bənzərsiz arxitekturası ilə tanış olurlar. Bəzi Qərb dairələrinin riyakarlığına, boykot çağırışlarına, təxribatlarına rəğmən konfrans öz işini yüksək səviyyədə görür. Azərbaycan xalqı, dünyaya öz müasirliyi və qonaqpərvərliyi ilə təqdim olunur. Xalqımızla və dövlətimizlə fəxr edə bilərik”. Nəsib Məhəməliyev COP-dan sonra iki ölkə arasında gərginliyin artacağını düşünmür. “Ermənistan o gücdə deyil ki, Azərbaycana qarşı aktiv əməliyyatlara başlasın. Ancaq, Fransanın və yaxud digər xarici təsirlər altında hansısa təxribatlara gedərsə, zərərçəkən özü ola bilər. Sülh müqaviləsinin imzalanması məsələsində əfsuslar olsun ki, Ermənistan təkbaşına qərar verə bilmir”-deyə Nəsib Məhəməliyev qeyd edib. Geri qayıt |