Əsas Səhifə > Güney Press > Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Bildirçinli kəndində keçirilib

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Bildirçinli kəndində keçirilib


Dünən, 15:48
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Bildirçinli kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Sarov kənd İƏD
üzrə nümayəndəliyin Bildirçinli kəndində keçirilib.
Qəbulda YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Rayon
Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət,
digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri
və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə
ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah
halının yaxşılaşmasına təsirindən, həmçinin Bildirçinli kəndində görülən
işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial
obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb,
bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Bildirçinli kəndinin 155 hektar ərazisi, 44 təsərrüfatı, 182 nəfər
əhalisi var. Ərazidə 1 tibb məntəqəsi faəliyyət göstərir. Kənd sakinləri əkinçilik
və maldarlıqla məşğul olurlar. Sakinlər 82 baş iribuynuzlu, 93 baş
xırdabuynuzlu heyvan, 415 baş quş, 23 arı ailəsi saxlayırlar.
Son üç ildə Bildirçinli kəndində su arxları 1300 m məsafədə lildən təmizlənib,
kənd arası yollar 1200 metr çınqıl daşı ilə təmir edilib, kənd ərazisində müxtəlif
növ ağaclar əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana
salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Roza Kərimova
özünüməşğulluq proqramı çərçivəsində qoyunçuluq zərfi üzrə aktivlərlə təmin
olunma, Rəfayıl Verdiyev Bildirçinli-Rəcəbli avtomobil yolunun asfaltlanması
və və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə
aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

"DİA-AZ"

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Bildirçinli kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Bildirçinli kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Bildirçinli kəndində keçirilib

Geri qayıt