Əsas Səhifə > Güney Press > Azərbaycanda eyni anda bir neçə işdə işləyən işçilərin sayı artıb
Azərbaycanda eyni anda bir neçə işdə işləyən işçilərin sayı artıbDünən, 13:58 |
Bu ilin noyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda əmək müqavilələrinin ümumi sayı 1 milyon 871 min 717, qeyri-neft sektorunun özəl bölməsində isə 985 min 604 olub. Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Müqayisə üçün onu da bildirək ki, bu ilin əvvəlində əmək müqavilələrinin ümumi sayı 1 milyon 808,8 min, qeyri-neft sektorunun özəl bölməsində isə 897,9 min olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, son 10 ay ərzində əmək müqavilələrinin ümumi sayı 62,9 min və ya 3,5%, qeyri-neft sektorunun özəl bölməsində isə 87,7 min və ya 9,8% artıb. Məlumat üçün onu da bildirək ki, Dövlət Statistika Komitəsinin bu il yanvar ayının 1-nə olan məlumatına görə, Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1 milyon 741,8 min nəfər, sentyabr ayının 1-nə olan məlumatına görə isə 1 milyon 759,9 min nəfər olub. Son 9 ay ərzində ölkədə əmək müqaviləsi ilə işləyənlərin sayı çalışan işçilərin sayı 18,1 min və ya 1% artıb. Qeyd edək ki, əmək müqavilələrinin sayının əmək müqaviləsi ilə işləyənlərin sayından daha çox artması onu göstərir ki, eyni anda bir neçə işdə işləyən işçilərin sayı artıb. Geri qayıt |