Əsas Səhifə > Güney Press > "Onların konfransa qatılmaması Azərbaycan üçün vacib deyil"
"Onların konfransa qatılmaması Azərbaycan üçün vacib deyil"Dünən, 17:08 |
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Bunu TNS-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev deyib. Deputat bildirib ki, 196 dövlətin və Avropa İttifaqının dəstəyi ilə bu tədbirin Azərbaycanda keçirilməsinə qərar verilib: “COP28-dən sonra, cəmi 11 ay ərzində hazırlıq işlərinin başa çatması, böyük bir tədbirə ev sahibiyi etməsi Azərbaycan dövlətinin, rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir. Açılışda 72 min nəfərdən artıq şəxsin iştirakı, 80-dən çox ölkənin rəhbərlik səviyyədə təmsil olunması bir daha göstərdi ki, tədbirin təşkilatçılığı yüksək səviyyədədir. Bəzi dövlətlərin COP29-un Bakıda keçirilməsini əngəlləməyə cəhd etməsinə baxmayaraq, tədbir baş tutdu. Həmin dövlətlər öz maraqları üçün bu tədbirin keçirilməsini ənglləmək istədilər. Onlar öz məkrli siyasətlərini həyata keçirərək, insan haqları, “siyasi məhbus” bəhanələrini gündəmə gətirməyə çalışsa da, heç bir cəhd alınmadı”. Arzu Nağıyevin sözlərinə görə, tədbirin açılış mərasimində iştirak edən rəhbər şəxslərin çıxışında da qeyd edilib ki, bu proseslərdə Azərbaycan öndə gedən dövlətlərdən biridir: “Bunu tədbirin açılışında cənab Prezident İlham Əliyev də, BMT-nin Baş katibi də bildirdi. Tədbirdə əsas məqsəd dünyada havanın temperaturunun azaldılmasında çox ciddi dəyişiliklərin əldə edilməsidir. Azərbaycan da bu məsələyə daim dəstək verməkdə maraqlıdır”. Komitə sədri bildirib ki, Fransa, Ermənistan və digər onlara uyğun bəzi dövlətlərin konfransa qatılmaması isə Azərbaycan üçün vacib deyil: “Baxmayaraq ki, havaya ən çox karbon deoksiti atan, təbiəti zəhərləyən dövlətlərdən biri Fransadır. Avropa İttifaqı dəfələrlə Azərbaycanı enerji təhlükəsizliyinə təhdidin qarşısını alan dövlət kimi tanıyıb, hətta müqavilələr imzalamışdı. Bu gün təəssüflə qeyd edim ki, özlərini siyasətçi adlandıran bəzi şəxslər bu konfransda iştirak etmədi. Bu da bizim üçün problem deyil. Əsas odur ki, BMT-nin ən yüksək səviyyəli tədbiri məhz Azərbaycanda baş tutdu”. Geri qayıt |