Əsas Səhifə > Güney Press > "Mən sənətdə olanda Namiq yox idi"
"Mən sənətdə olanda Namiq yox idi"Dünən, 13:31 |
Meyxana aləmində yeni qalmaqalın əsası qoyulub. Meyxanaçı Namiq Məna Namiq Qaraçuxurlu barədə danışıb. Lent.az xəbər verir ki, şou proqramlardan birinə qatılan Namiq məna deyib: "Mən Namiq sənətdə olanda o biri Namiq (meyxanaçı Namiq Qaraçuxurlu) yox idi, o sonradan gəlib”. İfaçı həmkarı Namiq Qaraçuxurlunun meyxananı xanımlara sevdirməsi barədə deyilənlərə etiraz edib: "Heç kimin haqqına girməyin. Nizami Rəmzi meyxananı xanımlara sevdirib. Adaşım 1996-cı illərdə sənətə gəldi. Zəhməti var, danılmazdır. Deyirlər, musiqili meyxananı kim gətirib? Bunu Nizami Rəmzi və Ağasəlim Çıldaq edib. Meyxana ilə Amerikaya gedib çıxmışam, "Tərəqqi" medallıyam". Geri qayıt |