Əsas Səhifə > Güney Press > "Bu ağır gündə ona bacardığımız qədər dəstək olmaq lazımdır"

"Bu ağır gündə ona bacardığımız qədər dəstək olmaq lazımdır"


Dünən, 13:07
"Bu ağır gündə ona bacardığımız qədər dəstək olmaq lazımdır"
Şair, tərcüməçi Cəlil Cavanşir evi yanan naşir Müşfiq Xana dəstəklə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Bakupost.az xəbər verir ki, o, təxminən bir həftə öncə “Mücrü” nəşriyyatının rəhbəriMüşfiq Xanın evinin yandığını bildirib.
"Müşfiq Xanın ailəsinə və nəşriyyata külli miqdarda ziyan dəyib. Sevinirəm ki, ailə üzvləri və özü sağ-salamatdır. Bu, 2024-cü ildə Müşfiqin yaşadığı ikinci oxşar və ağır hadisədir. Düşünürəm ki, bu ağır gündə ona bacardığımız qədər dəstək olmaq lazımdır”, - deyə C.Cavanşir qeyd edib.
O, həmçinin, şair Səlim Babullaoğlunun da bu barədə paylaşım etdiyini vurğulayıb:
“Mən də çağırışa qoşulub, hər kəsi Müşfiq Xana dəstək olmağa çağırıram. Müşfiq Xan Azərbaycan kitabı üçün əlindən gələni edən naşir, istedadlı yazıçıdır. Hər zaman yazıçı və şairlərə dəstək verib, kitab üçün çalışıb.
Bu çətin günlərində Müşfiq Xanı və "Mücrü" Nəşriyyatını tək qoymayaq! 4169 7388 4553 5313 (Müşfiq Fərziyev)
Yaman günün ömrü az olar! Bütün çətinliklər keçəcək, Xan! Möhkəm ol!”.

Geri qayıt