Əsas Səhifə > Güney Press > Ölkəmizə qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab

Ölkəmizə qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab


Dünən, 12:35
Ölkəmizə qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab
Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər
Sammitinin açılış mərasimində səsləndirdiyi bəyanatlarla ölkəmizə qarşı
çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab verdi.
Dövlət başçısı Azərbaycanın müsbət imicinin üzərinə kölgə salmaq
istəyənlərə layiqli mesaj göndərib: “Hər dəfə Azərbaycanda mötəbər
tədbirlərin, beynəlxalq konfransların, idman yarışlarının keçirildiyi ərəfədə
bəzi dairələr tərəfindən ölkəmizə qarşı böhtan və qarayaxma
kampaniyalarının aparılmasının şahidi oluruq. Düz bir ildir ki, COP29-la
bağlı da Qərb mediasında və bəzi platformalarda anti-Azərbaycan
kampaniyası aparılır. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər
ki, paytaxtımızda keçirilən COP29-a qarşı boykot kampaniyası həyata
keçirilsin. Ancaq hər dəfə də onların bu arzuları həyata keçməmiş,
ürəklərində qalır”.
Azərbaycan lideri bugünkü bəyanatları ilə başçılıq etdiyi dövlətin
qüdrətini bir daha dünyaya göstərdi: “Əvvəla onu vurğulayım ki, 200 ölkənin
yekdil qərarı ilə Azərbaycan COP29-a ev sahibliyi edir. Bu da bizim ölkəyə,
onun uzaqgörən dövlət başçısına hörmətin əlamətidir. COP29-un Bakıda
keçirilməsi həm də ölkəmizin aparıcı rolunun beynəlxalq miqyasda
qiymətləndirilməsi deməkdir”.
Bu gün dünyada COP29-a böyük maraq vardır. Hazırda tədbirlə bağlı
196 ölkədən 72 min iştirakçı qeydiyyata alınıb. Onların arasında 80
Prezident, Vitse-prezident və Baş nazir də var. Bu isə onu deməyə əsas
verir ki, dünya ölkələrinin liderləri Bakıya toplaşıb. Bəzi Qərb dairələrinin,
onların riyakar siyasətçilərinin apardıqları qarayaxma kampaniyalarına
baxmayaraq, COP29 Azərbaycanda yüksək səviyyədə öz işini davam
etdirir. Bunun təsdiqini yerli və beynəlxalq medianı izləyərkən BMT
əməkdaşlarının, ayrı-ayrı ölkə və dövlət rəsmilərinin səsləndirdikləri
fikirlərdən də görmək olar.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt