Əsas Səhifə > Güney Press > “Bu təxtibatlar həmişə olub və olacaq da, çünki...”

“Bu təxtibatlar həmişə olub və olacaq da, çünki...”


Dünən, 13:58
“Bu təxtibatlar həmişə olub və olacaq da, çünki...”
“Qlobal İqlim Dəyişikliyi ilə mübarizəyə həsr olunmuş COP29 beynəlxalq konfrasının Azərbaycanda, doğma şəhərim Bakıda keçirilməsi dövlətim, xalqım adıma böyük, tarixi hadisədir. Bu gün cənab prezidentimiz İlham Əliyevin də söylədiyi kimi 169 ölkənin liderlərinin Bakıya gəlməsi, konfransda iştirak etməsi dünyaya gözəl mesajdır”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib. O daha sonra əlavə edib.

“Son illərdə Azərbaycanın qazandığı uğurlar, 44 günlük müharibədən sonra qazandığımız zəfərimiz, formula yarışmaları və digər beynəlxalq konfranslar Azərbaycanın güclü ölkələr siyahısında olduğunu göstərir. Azərbaycanımızı, dövlətimizi bu cür güclü ölkələr arasına daşıyan, hər zaman xalqının yanında olan, bizə ruh, ilham verən cənab prezidentimizə sonsuz təşəkkür edirəm. Qardaş Türkiyədə yaşayan bir azərbaycanlı sənət insanı olaraq ölkəmin bu nailiyyətləri, sevincləri ilə inanılmaz dərəcədə qürur duyuram. Belə önəmli gündə əlbəttə ki, mən də doğma Bakımda olmaq istərdim. O qüruru, sevinci görmək istərdim. Çox heyf ki, işlərimin çox olduğuna görə gələ bilmədim. Nəticədə biz də burada Azərbaycan mədəniyyətini təbliğ edirik. Əlimizdən nə gəlirsə edirik. Biz də cənab prezidentimizin xarici siyasətinə sadiq qalaraq Azərbaycan mədəniyyətinin bütün dünyada tanıdılması üçün var gücümüzlə çalışırıq. Bunun üçün bir yumruq şəklində birləşmişik. Borcumdur ki, ölkəmi namusla, vicdanla, ləyaqətlə təbliğ edim. Biz dövlətimizin əsgərləriyik” deyə aktrisa bildirib.

Aktrisa COP29 ərəfəsində baş verən təxribatlardan da danışıb:

“Bu təxribatlar hər zaman olub və olacaq da. Çünki Azərbaycan sürətlə inkişaf etdi. Azərbaycan böyük bir qələbə qazandı. Əlbəttə ki, bunu həzm edə bilməyən antiazərbaycan qüvvələr və ermənilər var. Dövlətimizin necə güclü olduğu hər kəsə bəyandır. Dəmir yumruq necə qorxmaz bir dövlətə, qorxmaz dövlət rəhbərinə sahib olduğumuzu göstərdi. Bu təxribatlar da bizim gücümüzdən qorxduqları üçündür. Onlar heç bir zaman istədiklərinə nail ola bilməyəcəklər” deyə sənətkar bildirib.

Geri qayıt