Əsas Səhifə > Güney Press > Netayahudan İran xalqına müraciət:

Netayahudan İran xalqına müraciət:


Dünən, 11:36
Netayahudan İran xalqına müraciət:
İsrailin Baş naziri Benyamin Netanyahu İran vətəndaşlarına müraciət edib.

“Cebheinfo.az” bu barədə “The Times of Israel”-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, İslam ölkəsinin hakimiyyəti oktyabrda yəhudi dövlətinə hücum zamanı artıq 2,3 milyard dollar xərcləyib. Hökumət başçısının sözlərinə görə, növbəti belə hücum İran iqtisadiyyatını faktiki olaraq məhv edəcək.

“Xameneyi rejimi (İranın ali lideri – red.) ölkəyə yüzlərlə ballistik raket atıb. O, sizə bu hücumun nə qədər başa gəldiyini söylədi? Mən təxminlər etmirəm. Bu, 2,3 milyard dollara başa gəlib”, - Netanyahu vurğulayıb.

Eyni zamanda, Baş nazir İranın hücumunun mənasız olduğunu qeyd edib.

“Xameneyi rejiminin İsraildən daha çox qorxduğu bir şey var. Bu sizsiniz, İran xalqı... Mən pıçıltıları eşidirəm: qadınlar, həyat, azadlıq”, - Netanyahu bildirib.

Geri qayıt