Əsas Səhifə > Güney Press > "Maliyyə problemləri bu tədbirin ən vacib məqsədlərindən biridir"

"Maliyyə problemləri bu tədbirin ən vacib məqsədlərindən biridir"


Dünən, 09:13
"Maliyyə problemləri bu tədbirin ən vacib məqsədlərindən biridir"
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri yekunlaşdı.
Oxu.Az bildirir ki, sonuncu tədbir MENA (Middle East and North Africa - Yaxın Şərq və Şimali Afrika) regionunda iddialı və həyata keçirilə bilən Milli Müəyyən edilmiş Töhfələrin işə salınmasına həsr olunub. Tədbiri dəyərləndirən ekoloq, professor Çingiz İsmayılov "Sherg.az"a deyib ki, ölkəmiz beynəlxalq aləmdə bu cür möhtəşəm tədbirləri keçirtmək bacarığının olduğunu bir daha təsdiqlədi:

"Maliyyə problemləri bu tədbirin ən vacib məqsədlərindən biridir. Çünki maliyyələşmə əsasında növbəti addımlar atılacaq. Bildiyiniz kimi, bu sahədə iki cür baxış var. Əsasən inkişaf etmiş ölkələr bu məsələdən qaçmağa çalışırlar. Lakin inkişaf etməkdə olan ölkələr problemin həllində maraqlıdırlar. İqlim dəyişikliyi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün çox böyük vəsait lazımdır. Təbii ki, bundan öncə, lazım olan məbləğ toplanırdı. Nəticə onu göstərir ki, həmin pul kifayət qədər deyil. Əlavə olaraq məqsəd yönlü istifadə olunmayıb. Beynəlxalq layihələrdə çox vaxt vəsaitlər düzgün yerə sərf edilmir. Məhz inkişaf etmiş ölkələr həmin puldan özləri bəhrələnirlər. Çünki layihələrin icrasında inkişaf etmiş ölkələrin mütəxəssisləri çıxış edirlər.Tədbirin əhəmiyyəti başlıca olaraq qəbul ediləcək qərarlardan asılı olacaq. Əgər qərarlar növbəti dəfə deklaratif yox, əməli yerinə yetiriləcək tədbirləri əhatə edəcəksə, onda biz uğurlu nəticəyə ümid bəsləyə bilərik".

Geri qayıt