Əsas Səhifə > Güney Press > “İri kampuslu universitetlər yaradılmalıdır”
“İri kampuslu universitetlər yaradılmalıdır”12-11-2024, 10:40 |
“Əgər paytaxtda yerləşən ali məktəblər regionlara köçürülərsə, böyük ərazilərdə texnoparklar yaradılar və bu zaman tələbələr universitetləri bitirməzdən öncə təcrübə qazanmış olarlar. Xaricdə kampuslar qurulur, tələbələrə hər bir şərait yaradılır ki, onlar vaxt itkisi ilə üzləşməsin, zamanlarının böyük hissəsini tədqiqatlara ayırsınlar. Xarici universitetlərdə təhsillə yanaşı kampuslarda tələbələrin əyləncəsi üçün də xeyli imkanlar yaradılır. Azərbaycanda da bunu etmək mümkündür. Düşünürəm ki, bu məsələnin müntəzəm olaraq gündəmə gətirilməsi bəlkə də problemin həllinə təkan ola bilər”. Bunu Bakupost.az -a təhsil eksperti Nadir İsrafilov bildirib. Onun sözlərinə görə, universitetləri şəhər ətrafına, bölgələrə köçürmək üçün yeni bina və kampuslar inşa etmək lazımdır: "Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu şəraitin yaradılması vacibdir. Bununla yanaşı, işğaldan azad olunan ərazilərdə bir neçə iri kampuslu universitetlər yaradılmalıdır. Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar”. Geri qayıt |