Əsas Səhifə > Güney Press > "Bu kimi beynəlxalq tədbirləri boykot etmək faktiki zəifliyin və böhranın içərisində olmağın bariz sübutudur"
"Bu kimi beynəlxalq tədbirləri boykot etmək faktiki zəifliyin və böhranın içərisində olmağın bariz sübutudur"12-11-2024, 09:00 |
BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) boykot etmək zəifliyin bariz sübutudur. “Report” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov COP29 tədbirinin boykot edilməsi çağırışına münasibət bildirərkən söyləyib. “Bu kimi beynəlxalq tədbirləri boykot etmək faktiki zəifliyin və böhranın içərisində olmağın bariz sübutudur. Ona görə ki, bu Azərbaycanın yox, bizim ölkədə keçirilən BMT-nin tədbiridir. Deməli, onlar öz maraqlarını ödəmək üçün bütün dünyanı boykot etməyə hazırdırlar. Gördüyünüz kimi, nə baykot, nə də hansısa sanksiyalara çağırış alınır. Çünki dünyadakı problemlər bu gün burada ən yüksək səviyyədə müzakirə olunur”, – deputat deyib. Geri qayıt |