Əsas Səhifə > Güney Press > Tərtərdə 12 noyabr–Konstitutsiya Günü münasibəti ilə tədbir keçirilib

Tərtərdə 12 noyabr–Konstitutsiya Günü münasibəti ilə tədbir keçirilib


11-11-2024, 12:46
Tərtərdə 12 noyabr–Konstitutsiya Günü münasibəti ilə tədbir keçirilib
Tərtərdə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 12
noyabr–Konstitutsiya Günü münasibəti ilə YAP rayon təşkilatının inzibati binasında
tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi
uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov tədbir
iştirakçılarını Zəfər bayramı, Dövlət Bayrağı Günü və 12 noyabr-Konstitutsiya Günü
münasibəti ilə təbrik edib.
Qeyd edib ki, müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan
ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi
(referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də
qüvvəyə minib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə
ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük
uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna
çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna
yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
Ümummilli Lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə
hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan
Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin
edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik,
məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə
təmin olunmalıdır”.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla
yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük
xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini
tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni,
iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin
təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyev Əsas Qanunun ən
mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni
Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət
müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub
saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız
demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi
bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya
təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli
ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil
Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin
olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü
təkan verdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş
referendumla Konstitusiyaya əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29
maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət
hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin
təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə,
hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına
yönəlib.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər
nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə
uyğunlaşdırılıb.
“Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Qaraağacı kənd İƏD üzrə
nümayəndə Lətif Həmidov, Mamırlı kənd İƏD üzrə nümayəndə Qabil Bəylərov, Seydimli
kənd İƏD-i üzrə nümayəndə Nərmin Vəliyeva, Qaynaq kənd İƏD-i üzrə nümayəndə Aqil
Həsənov, Qaynaq kənd sakini Şəmsəddin Əliyev çıxış ediblər. Çıxışlarda qeyd olunub
ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tariximiz yeni uğurlarla zənginləşir.
2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə, bu gün Qarabağ və Şərqi
Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri tariximizin şərəfli səhifələri olmaqla
bərabər, həm də Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya bəyan edir. Bütün
bunlar həm də ondan xəbər verir ki, Ümummilli Lider Heydər Əliyev ideyaları yaşayır,
ulu öndərin arzuları çin olur.

"DİA-AZ"

Tərtərdə 12 noyabr–Konstitutsiya Günü münasibəti ilə tədbir keçirilib

Geri qayıt