Əsas Səhifə > Güney Press > "Müharibələri dayandıracağını deyən Tramp daha böyük savaşa səbəb ola bilər"
"Müharibələri dayandıracağını deyən Tramp daha böyük savaşa səbəb ola bilər"11-11-2024, 12:39 |
ABŞ seçkilərində qalib gələn Donald Trampın yeni komandasını necə formalaşdıracağı maraqla gözlənilir. "AzPolitika" xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” nəşrində dərc olunan bir məqalədə bildirilir ki, ABŞ Xəzinədarlığının rəhbəri vəzifəsinə Tramp administrasiyasında ticarət nümayəndəsi vəzifəsində çalışmış Robert Laythayzer gətiriləcək. Nəşrinin iddiasına görə, Laythayzerin gəlişi yeni "tarif müharibələri" başlada, dünyadakı iqtisadi savaş daha da böyüyə bilər. Qeyd olunur ki, müharibələri dayandaracağını deyən Tramp əslində bununla daha böyük savaşa səbəb ola bilər. "FT" Trampın Çinlə ticarət müharibəsində olduğu dövrə toxunu və həmin ərəfədə Laythayzerin vəzifədə olduğuna diqqət çəkib. Bildirilir ki, artıq bu ehtimal Pekində və ABŞ-nin ticarət müttəfiqləri arasında narahatlığa səbəb olub. Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı ABŞ-yə idxal olunan bütün mallara, xüsusən də Çin mallarına yüksək gömrük rüsumları tətbiq edəcəyini vəd etmişdi. Geri qayıt |