Əsas Səhifə > Güney Press > "Seçkidə səs çoxluğu ilə qalib gələn Trampa qarşı siyasi və hüquqi təqiblər dayanacaq"
"Seçkidə səs çoxluğu ilə qalib gələn Trampa qarşı siyasi və hüquqi təqiblər dayanacaq"11-11-2024, 11:58 |
ABŞ-da noyabrın 5-də keçirilən prezident seçkilərində səslərin hesablanması başa çatıb. Donald Trump, Harrisin 226 səsinə qarşı 312 seçici səsini alaraq, qalib gəldi. Prezidentlik yarışında qalib gəlmək üçün 270 səs lazım idi. Qeyd edək ki, Co Bayden 2020-ci ildə Arizona ştatını kiçik fərqlə qazanıb. Trampın hazırkı uğuru, onun bu yarışdakı üstünlüyünü vurğuladı. Trumpa qarşı zaman-zaman müxtəlif təzyiqlər olub, bundan sonra necə olacaq? Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Trumpa qarşı təzyiqlər, təhdidlər, hətta sui-qəsdlər həyata keçirildi. Onun seçkiqabağı kampaniyasında vədlərinə görə Amerika cəmiyyətinin mühafizəkar kəsimi məhz onu dəstəklədi. Böyük bir səs çoxluğu ilə partiyası konqresdə də üstünlüyü ələ aldı. Politoloq hesab edir ki, bundan sonra Trumpı həbsə göndərmək mümkün olmayacaq: “Nümayəndələr palatasında da respublikaçılar partiyası üstünlük təşkil edir. Bu, Amerika tarixində ilklərdən biridir. Prezident seçkilərində həm “Ağ Ev”, həm də Konqres bir partiyanın nəzəratinə keçir. Trump digər rəqiblərinə də qarşı siyasi təqibə başlamayacaq. Yeni prezident bu qələbəsi ilə güclü olduğunu göstərdi”-deyən politoloq hesab edir ki, Federal Təhlükəsizlik Bürosu və Amerika prokurorluqları da Trumpa qarşı hər hansı bir prosesə başlamayacaqlar. Əgər Trump Amerikanın xarici siyasətində hər hansı ciddi səhvə yol versə, dövlət hərəkətə keçə bilər və ona qarşı cinayət işləri də qaldırıla bilər. Geri qayıt |