Əsas Səhifə > Güney Press > "Cənubtikintiservis"in səhmdarlarını təkrar

"Cənubtikintiservis"in səhmdarlarını təkrar


11-11-2024, 13:58
"Cənubtikintiservis"in səhmdarlarını təkrar
"Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin 28 oktyabr 2024-cü il tarixində çağırılmış növbədənkənar ümumi yığıncağının yetərsay olmadığı üçün təkrar növbədənkar ümumi yığıncağının çağırılması zərurəti yaranıb.

FED.az xəbər verir ki, tikinti şirkəti səhmdarlarını 13 dekabr 2024-cü il tarixində saat 10:00-da "Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının təkrar növbədənkənar ümumi yığıncağına dəvət edir.

Yığıncaq Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 25 saylı ünvanda keçiriləcək.

Yığıncağın gündəliyində olan məsələlər:

1. Sərbəst mənfəət hesabına səhmlərin nominal dəyəri artırılmaqla Nizamnamə kapitalının artırılması və Nizamnaməyə dəyişiklik edilməsi.

2. "Cənubtikintiservis" Acıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin və Maliyyə-təftiş komissiyasının formalaşdırılması.

Təkrar növbədənkənar ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Əlaqə telefonu: 012-491-00-30

Geri qayıt