Əsas Səhifə > Güney Press > “Şəki-Bazar”ASC-nin səhmdarları toplanır

“Şəki-Bazar”ASC-nin səhmdarları toplanır


12-11-2024, 00:05
“Şəki-Bazar”ASC-nin səhmdarları toplanır
25 dekabr 2024-cü il saat 11.30-da “Şəki-Bazar”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

"DİA-AZ" xəbər verir ki, yığıncaq Şəki şəhəri, S.Rəhman küçəsi 1, “Şəki-Bazar”ASC-nin binasında baş tutacaq.

Yığıncaqda səhmdarların iştirak etmələri xahiş olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107 3.1-ci bəndinə əsasən səhmdarlar yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilərlər.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Şəki-Bazar” ASC-nin 2023-cü ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi.

2. 2023-cü ilin maliyyə nəticələrinə görə maliyyə- təftiş komissiyasının hesabatı və mühasibat balansının təsdiq edilməsi.

3. 2023-cü ilin yekunlarına görə mənfəətdən səhmdarlara ayrılmış dividend haqqında məlumat.

4. Digər məsələlər.

Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə tanış olmaq üçün ­“Şəki-Bazar”ASC-nin idarə heyətinə müraciət etmək lazımdır.

Əlaqə telefonu– (02424) 4-35-99.

Geri qayıt