Əsas Səhifə > Güney Press > "Oğurluq qadağası ibtidai icma toplumunun qadağası idi..."

"Oğurluq qadağası ibtidai icma toplumunun qadağası idi..."


11-11-2024, 09:29
"Oğurluq qadağası ibtidai icma toplumunun qadağası idi..."
Quran deyir ki, oğurluq etmək haramdır, amma ən çox oğurluq hadisəsi Quran coğrafiyasında yaşanır. Niyə?
Çünki islam toplumu yarananda oğurluq qadağası çoxdan həyati önəmini itirmişdi. Ərəblər dini əsaslı dövlət quranda oğurluq heç bir topluma həyati dərəcədə ziyan vurmurdu.
Oğurluq qadağası ibtidai icma toplumunun qadağası idi. Ov ətinin icma üzvləri arasında bərabər bölündüyü dövrün. İbtidai icmada oğurlamaq kiminsə ac qalması və ölməsi, bununla da içmanın kiçilməsi, gücünü itirməsi demək idi. Kimsə ümumi ov ətindən oğurlayırdısa, icma üzvləri onu öldürürdülər.
Bu ibtidai və unversal qadağanı ibrani dinlər öz kitablarına salanda toplumun oğurluq deyə həyati təhlükəsi yox idi. Əksinə, bəzi köçəri toplumlarda oğurlamaq qəhrəmanlıq sayılırdı.

Aqşin YENİSEY - "DİA-AZ"
Geri qayıt