Əsas Səhifə > Güney Press > Tramp “ağır artilleriyanı” işə salır:

Tramp “ağır artilleriyanı” işə salır:


10-11-2024, 18:11
Tramp “ağır artilleriyanı” işə salır:
Keçmiş dövlət katibi Mayk Pompeo ABŞ-ın yeni müdafiə naziri ola bilər. Məlumata görə, Tennessi ştatından respublikaçı senator Bill Hagerti (ABŞ-ın Yaponiyadakı keçmiş səfiri) dövlət katibi, ABŞ Milli Kəşfiyyatının direktoru Con Ratkliff isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsini tuta bilər.

Bundan öncə “Politoko” nəşri senatorlar Rubio və Hagerti, eləcə də Qrenellin dövlət katibi vəzifəsinə namizəd olduqlarını yazmışdı, müdafiə naziri kimi isə senator Tom Kotonun adı hallanır.

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, Mayk Pompeo ilə bağlı yayılan məlumatlar diqqət çəkir:

“Əslində bu təyinatlar ilə bağlı səslənən versiyalar onu deməyə əsas verir ki, Donald Tramp birinci dönəm prezidentliyindəki siyasi xətti davam edəcək. Müəyyən korrektlər, dəyişikliklər ola bilər. Amma ümumi bir dəyişikliyin olacağını güman etmirəm. Mayk Pompeonun vəzifəyə gətirilməsi də bunu sübut edir.

Hesab edirəm təyinatlar ilə bağlı bir qədər gözləmək lazımdır. Çünki hələlik bu bir iddiadır. Yaxın zamanlarda ABŞ-ın Rusiya, Ukrayna, Yaxın Şərq və digər məsələlərə yanaşmasının necə olacağı daha aydın şəkildə üzə çıxacaq. Fikrimcə, ümumi mənada Tramp mühafizəkar və izolyasionist siyasət yeridəcək. Yəni daha az proseslərə müdaxilə edən ABŞ görə bilərik”.
Geri qayıt