Əsas Səhifə > Güney Press > İrana qarşı yeni ssenari hazırlanır

İrana qarşı yeni ssenari hazırlanır


10-11-2024, 11:43
İrana qarşı yeni ssenari hazırlanır
İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın Tehrana qarşı irəli sürdüyü ittihamlara cavab verib.

Teleqraf.com xəbər verir ki, nazir X sosial şəbəkəsindəki paylaşımında Fələstinin HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyənin Tehranda öldürülməsini xatırladıb.

“Prezidentimizin (Məsud Pezeşkian) andiçmə mərasimindən dərhal sonra Tehranda İsmayıl Haniyənin öldürülməsini xatırlayırsınızmı, bunu kim və nə üçün edib? İndi növbəti seçkilər münasibətilə eyni məqsədlə yeni ssenari hazırlanır, qatil reallıqda olmadığından ssenaristlər üçüncü dərəcəli komediya yaratmaqla məşğuldurlar.

Hansı ağlı başında olan insan, iddia edilən sui-qəsdçinin İranda olduğuna və FTB ilə onlayn danışıqlar apardığına inanar? Amerika xalqı öz qərarını verdi. İran isə onun prezident seçmək hüququna hörmət edir. Gələcək yol da seçimdir. Hər şey hörmətdən başlayır”, - Əraqçi bildirib.

Xarici işlər naziri əlavə edib ki, İranın nüvə silahı yaratmaq niyyəti yoxdur:

“İranın nüvə silahı əldə etmək arzusu yoxdur, bu belədir. Bu, İslam təlimləri və bizim təhlükəsizlik hesablamalarımıza əsaslanan siyasətdir. Güvən yaratmaq hər iki tərəf üçün lazımdır. Bu, birtərəfli məsələ deyil”.

ABŞ Ədliyyə Nazirliyi bundan öncə Tehranı yeni seçilmiş prezident Donald Trampa qarşı sui-qəsd hazırlığında ittiham edib.
Geri qayıt