Əsas Səhifə > Güney Press, Partiya > Tramp gələn kimi ticarət müharibəsini qızışdırdı...
Tramp gələn kimi ticarət müharibəsini qızışdırdı...10-11-2024, 01:48 |
"Amerika Birləşmiş Ştatlarında ötən həftə keçirilən prezident seçkilərində Respublikaçıların namizədi Donald Trampın qələbəsi elan olunan kimi Avropanın, xüsusilə Almaniyanın maşınqayırma sənayesində çaxnaşma başlayıb". Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, yeni prezident Avropadan idxal olunan bir sıra mallara ,o cümlədən avtomobillərə 10 faizlik rüsum tətbiq ediləcəyini bildirib: "Almaniyanın avtomobil istehsalçıları Assosiyasiyası " ABŞ- ı bu qərardan çəkindirmək üçün lazım olan hər şeyi edəcəyini " bildirsə də, buna nail olacaqları şübhə doğurur. Trampın 1- ci prezidentliyi dönəmində Avropa poladına və alüminiununa tətbiq etdiyi 25 faizlik tarifin götürülməsi ətrafında mübahisələr hələ də davam edir. Trampın Çin elektromobillərinə 0,6 faiz tarif tətbiq edəcəyi barədə bəyanatı da qarşıdakı dövrdə dünyanı daha gərgin ticarət müharibəsinin gözlədiyini deməyə əsas verir. Məlumdur ki, buna qədər Avropa Birliyi də Çin avtomobillərinə tarif tətbiq edib. Beləliklə, bir yandan Trampın, o yandan Avropanın Çini sıxışdırması Çinin Rusiyaya daha çox sığınmasına səbəb ola bilər. Bəlkə də Tramp Rusiya ilə münasibətləri yumşaltmaq cəhdləri göstərəcək və bununla Çin və Rusiyanın bir- birinə daha çox yaxınlaşmasının qarşısını almağa çalışacaq. Əgər bu taktika oynanılarsa , demək ,son hədəf Çini təkləməkdir. Trampın Çin və Rusiyanı bir - birindən qopara biləcəyi isə inandırıcı görünmür". Geri qayıt |