Əsas Səhifə > Güney Press > SOS: Zaqatalada son 10 gündə üçüncü körpə öldü
SOS: Zaqatalada son 10 gündə üçüncü körpə öldü10-11-2024, 00:05 |
Zaqatalada daha bir yeni doğulan körpə ölümü qeydə alınıb. “Qafqazinfo”nun məlumatına görə rayonun Cimcımax kənd sakini 19 yaşlı Cəmilə Elman qızı Əliyeva bu gün dünyaya uşaq gətirmək üçün axşam saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub. C. Əliyeva doğum şöbəsinə daxil olduqdan iki saat sonra həkim mama-ginekoloq Yeganə Bayraməliyeva iştirakı ilə təbbi doğuş baş tutub. Doğuş zamanı ölü qız uşağı doğulub. Qeyd edək ki, son 10 gün ərzində Zaqatala xəstəxanasının doğum şöbəsində bu faktda daxil olmaqla üçüncü yeni doğulan körpə ölümüdür. Hər üç faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. Geri qayıt |