Əsas Səhifə > Güney Press > Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü

Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü


Bu gün, 10:58
Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü
Rusiyanın Tümen vilayətində 30 yaşlı Azərbaycan Respublikası vətəndaşı 11 Rusiya vətəndaşının ölümü ilə nəticələnən saxta alkoqoldan kütləvi zəhərlənməsi işi üzrə təqsirli bilinib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, azərbaycanlıya 6 il müddətinə ümumi rejimli həbsxanada cəza təyin edilib. O, həmçinin zərərçəkmiş şəxsə 500 yüz min manat ödəməyə məhkum edilib.

Araşdırma zamanı müəyyən edilib ki, şübhəli bilinən xarici ölkə vətəndaşı tanışları ilə əlbir olub və sonradan satış məqsədi ilə onlardan azı 46 qutu saxta spirtli içki alıb. O, təxminən 16 yeşiyi zibilxanaya atıb və yerli sakinlər içkini orada tapıblar. Nəticədə spirtli içkini içən 11 nəfər ölüb, daha 3 nəfər xilas edilib.

Geri qayıt