Əsas Səhifə > Güney Press > Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi

Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi


Bu gün, 09:49
Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi
Azərbaycan, Rusiya və Ermənistanın dövlət rəhbərinin 2020-ci il
noyabrın 10-da imzaladıqları bəyanat, əslində, Ermənistanın kapitulyasiya
aktına imza atması idi. Bu Bəyanat 30 ilə yaxın davam edən işğala son
qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı.
Qısa müddət ərzində Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən
qaytarıldı və 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə
nəticələndi. Düşmənin canlı qüvvəsinə ciddi zərbə vuruldu, onların hərbi
texnikası tam məhv edildi.
Bu Bəyanat Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini
rəsmiləşdirdi. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-
kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləAzərbaycan
həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail
oldu. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda
tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir.
Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etmədi.
Üçtərəfli bəyanatda öz əksini tapan ən əsas məsələlərdən biri
Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin
edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın
deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi
maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir.
Razılaşmaya əsasən, daxili məcburi köçkünlər BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında işğaldan azad olunmuş
ərazilərə geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər
öz doğma torpaqlarına qayıdacaq, bununla da həmin ərazilərdə demoqrafik
balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcəkdir. Hazırda “Böyük
Qayıdış” layihəsi uğurla həyata keçirilir.Birinci pilot layihəyə əsasən
Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin
genişləndirilərək əlavə 150 ev inşa edilib. Burada yaşayış üçün lazım olan
bütün şərait yaradılıb. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri
doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Hazirda nəinki Ağalı
kəndinə, həmçinin Laçına da keçmiş məcburi köçkünlərin qaytarılması
prossesi uğurla davam edir.
Bütövlükdə isə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və
təhlükəsizliyin davamlı olması istiqamətində atılan addım kimi
qiymətləndirilməlidir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt