Əsas Səhifə > Güney Press > İrandan Trampın prezident seçilməsinə
İrandan Trampın prezident seçilməsinəBu gün, 15:58 |
İran Xarici İşlər Nazirliyi ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini dəyərləndirib. Modern.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İRNA-ya açıqlamasında deyib ki, Tehran ABŞ-da fərqli hökumətlərin siyasətləri və yanaşmaları ilə bağlı çox acı təcrübələrə malikdir. "Seçkilər keçmişin yanlış yanaşmalarını nəzərdən keçirmək üçün bir fürsətdir", - XİN rəsmisi bildirib. Bekayi "İran üçün önəmli olan ABŞ rəhbərliyinin fəaliyyətidir" söyləyib. İran hökumətinin sözçüsü Fatma Mühacirani də ABŞ-dakı seçkilərin nəticələrinin iki ölkənin ümumi siyasətində dəyişikliyə səbəb olmayacağını bildirib. Mühacirani "ABŞ-da keçirilən prezident seçkilərinin bizimlə çox əlaqəsi yoxdur. Çünki ABŞ və İranın ümumi siyasəti sabitdir. Birinin digərinin yerinə keçməsi ilə çox bir şey dəyişməyəcək" deyib. Geri qayıt |