Əsas Səhifə > Güney Press > Tramp Əliyev və Ərdoğana görə bunu etməyəcək

Tramp Əliyev və Ərdoğana görə bunu etməyəcək


7-11-2024, 15:00
Tramp Əliyev və Ərdoğana görə bunu etməyəcək
“Donald Tramp müharibə prezidenti kimi görünmək istəmir, amma bu, onun formal sülh üçün hər şeyi edəcəyi mənasına da gəlmir”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Tovarish General” Teleqram kanalı çıxış edib.

Kanalın məlumatına görə, Tramp Baydenin geosiyasi mirasını qeyd-şərtsiz qəbul edəcək:

“Yəni Cənubi Qafqazla bağlı mövzuda türkyönlü sülh prosesinə ayrıca müqavilə kimi baxılmayacaq. Məsələyə Tramp üçün daha vacib olan Yaxın Şərq və Ukrayna razılaşmasının tərkib hissəsi kimi nəzər yetiriləcək. Artıq ABŞ Dövlət Departamenti üçün Bakı və İrəvan arasında sazişin tez zamanda imzalanması əhəmiyyətini itirib. Lakin indi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyandan hər şeyi tələb edəcək. Ankara bunu Trampın inaqurasiyasına qədər etməyə çalışacaq”.

Trampın Rusiya Prezidenti Vladimir Putin kimi erməniləri müdafiə etməyəcəyi bildirilib:

“Xüsusilə özünə çox əmin olan Ərdoğan və ölkəsinin maraqlarına xidmət edən Azərbaycan Prezidenti İlham Əliyev reallığında Tramp belə bir addım atmayacaq. Ermənistanın geosiyasi uğursuzluğunun əsas qarantı Nikol Paşiyandır. Suverenliyi itirən ölkənin ABŞ prezidentinin onları başa düşəcəyinə ümid etməsi faydasızdır”.
Geri qayıt