Əsas Səhifə > Güney Press > Türkiyənin logistika şirkəti Azərbaycan bazarını tərk edir

Türkiyənin logistika şirkəti Azərbaycan bazarını tərk edir


Bu gün, 11:45
Türkiyənin logistika şirkəti Azərbaycan bazarını tərk edir
Tolkun Lojistik Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti yazılıb.

Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini 1025 Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14, mənzil 419 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Tolkun Lojistik Limited şirkətinin Azərbaycandakı filialı 2023-cü ildə dövlət qeydiyatına alınıb. Şirkətin qanuni təmsilçisi Ertolkun Gaynetullahdır.

Trend.az

Geri qayıt