Əsas Səhifə > Güney Press > Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ Ermənistanı "intihar"a sürükləyir

Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ Ermənistanı "intihar"a sürükləyir


Bu gün, 11:27
Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ Ermənistanı "intihar"a sürükləyir
Vaşinqton Ermənistanı dəyərlərindən, ənənələrindən və faydalı iqtisadi əlaqələrindən imtina etməyə, "milli intihar"a sürükləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun məlumatında bildirilib.

"Vaşinqton hesab edir ki, ABŞ-nin başçılıq etdiyi "sivil cəmiyyət"ə qoşulmaq kimi "yüksək məqsəd"ə nail olmaq üçün erməni xalqı, öz ənənələrindən, milli ictimai dəyərlərindən və son illərdə iqtisadiyyatının dinamik artımını təmin edən Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) ən yaxın tərəfdaşları ilə sabit ticari-iqtisadi əlaqələrindən imtina etməlidir.

Beləliklə, Vaşinqton israrla Ermənistanı milli "intihara" sürükləyir", - məlumatda qeyd olunub.

Geri qayıt