Əsas Səhifə > Güney Press > Bakıda 2 milyon manatlıq şirkətə yeni sədr seçiləcək
Bakıda 2 milyon manatlıq şirkətə yeni sədr seçiləcəkBu gün, 09:23 |
"Bakı yoltikintiservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncaq dekabrın 25-nə təyin olunub. Gündəliyə icra orqanının – ASC sədrinin seçilməsi, ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və təsdiqi və digər məsələlər daxil edilib. Qeyd edək ki, "Bakı yoltikintiservis” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 951 490 manatdır və qanuni təmsilçisi Ələkbər Əlizadədir. Şirkət Bakıda yerləşir. Geri qayıt |