Əsas Səhifə > Güney Press > TDT üzv ölkələrin siyasi və iqtisadi cəhətdən güclənməsində mühüm rol oynayır

TDT üzv ölkələrin siyasi və iqtisadi cəhətdən güclənməsində mühüm rol oynayır


6-11-2024, 16:05
TDT üzv ölkələrin siyasi və iqtisadi cəhətdən güclənməsində mühüm rol oynayır
Dünyada çox mürəkkəb geosiyasi hadisələr cərəyan edir. Məhz bu
baxımdan dövrün çağırışlarına lazımi cavab vermək, üzv dövlətlərin
təhdidlərə hazır olması, ölkələrin siyasi və iqtisadi cəhətdən inkişafı,
güclənməsi üçün Türk Dövlətləri Təşkilatı mühüm rol oynayır. Azərbaycan
Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına böyük önəm verir. Öz
çıxışlarında vurğulayıb ki, Türk dövlətləri təşkilatı bizim ailəmizdi, bu inkişaf
təmin olunacaq. Bu təşkilat olaraq nəinki iqtisadi və humanitar, hətta hərbi
və təhlükəsizlik sahəsində müvafiq işlər aparılmalıdır. Biz görürük ki, dövlət
başçısının qeyd etdiyi kimi, bu illər ərzində birləşmə prosesi baş verir. Artıq
İstanbulda qərargah fəaliyyət göstərir. Bir sıra s,əhərlərdə, Bakıda,
Astanada, Daşkənddə bu təşkilatın qurumları var.
Naxçıvan sazişinin imzalanmasından ötən 15 ildə böyük inkişaf
müşahidə olunur. Belə ki, Türk Şurası kimi fəaliyyətə başlayan qurum artıq
beynəlxalq təşkilata çevrilib. Hazırda bu beynəlxalq təşkilat çərçivəsində bir
sıra mühüm siyasi, iqtisadi və humanitar layihələr həyata keçirilir.
Türkdilli ölkələrdə vaxtilə ərəb, latın, kirill əlifbaları mövcud idi. Mərkəzi
Asiya dövlətləri hələ də kirill əlifbasından istifadə edirlər. Elə bu məqsədlə
latın əlifbası əsasında ortaq, vahid əlifba yaratmaq qərara alındı və artıq bu
istiqamətdə iş tamamlanıb. Bundan başqa, gələcəkdə ölkələrarası tələbə
mübadiləsi layihəsinin icrası da müzakirə olunur. Ümumilikdə, bütün bu
tədbirləri reallaşdırmaqda əsas məqsəd türk birliyinin möhkəmlənməsinə
xidmət etməkdir.
2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük
inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş
bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına,
nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir.
Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika,
rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı,
təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq
əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir.
Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb
olacaq tədbir noyabrın 6-da Bişkekdə keçirilib. Burada Türk Dövlətləri
Təşkilatının Dövlət Başçılarının XI Zirvə Görüşü keçirilib. Sammitdə
Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri, TDT
Müşahidəçilərinin Hökumət Başçıları da iştirak ediblər.
Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclasında
çıxış edən Prezident İlham Əliyev bildirilib ki, bu il Türk Dövlətləri
Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat
bu dövr ərzində uğurlu inkişaf yolu keçib. qeyd edilib ki, bu ilin iyul ayında
Şuşa şəhərində keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə
imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə
töhfə verir. Vurğulanıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının
Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları
məbləğində maliyyə dəstəyi göstərib və bu gələcəkdə təşkilatın
potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
Ölkə başçısı qeyd edib ki, “Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə
Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə
Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin
yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-
sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının
həcmində 15 faizə yaxın artım müşahidə edilir”.
Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin
asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr
logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir
edəcək.
Çıxışınin sonunda ölkə başçımız əmin olduğunu bildirib ki, Türk
Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak
edəcəklər.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt