Əsas Səhifə > Güney Press > Fidandan Ermənistana mesajı...
Fidandan Ermənistana mesajı...6-11-2024, 15:15 |
Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq. Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O bildirib ki, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir. Hakan Fidan vurğulayıb ki, razılaşmaların əldə edilməsinə maksimum dəstək veririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədlə bağlı son qərarlar (delimitasiya) bu proqressin bariz nümunəsidir. Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında deyib ki, sözügedən mesaj Türkiyənin mövqeyində heç bir dəyişikliyin olmadığından xəbər verir: “Son vaxtlar müxtəlif fikirlər səsləndirilirdi ki, Türkiyə Azərbaycandan kənar Ermənistanla danışıqlar aparır. Guya, Ankara-İrəvan münasibətlərinin tənzimlənməsi Azərbaycan və Ermənistandan əlaqələrindən asılı deyil. Belə olan halda Türkiyə Qərbin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının dedikləriylə hərəkət edir formasında ifadələr səslənirdi. ABŞ-nin rəsmiləri açıq və dolayı yolla Türkiyəyə bildirirdilər ki, Ermənistanla münasibətlərin normallaşması rəsmi Ankara ilə Qərbin yaxınlaşmasına da kömək göstərəcək. Amma bütün mülahizələr Hakan Fidanın çıxışı ilə alt-üst olundu. Hakan Fidanın açıqlaması göstərir ki, Türkiyə hər zaman olduğu kimi Azərbaycanın xarici siyasət xəttini, Ermənistanla münasibətlərinin normallaşma yolunu dəstəkləyir”. Geri qayıt |