Əsas Səhifə > Güney Press > Praktikada Əmək Məcəlləsinin bu tələbinə də əməl edilmir...

Praktikada Əmək Məcəlləsinin bu tələbinə də əməl edilmir...


6-11-2024, 09:13
Praktikada Əmək Məcəlləsinin bu tələbinə də əməl edilmir...
Çox təəssüf ki,praktikada Əmək Məcəlləsinin bu tələbinə də əməl edilmir və iş yerlərinin attestasiyası keçirilmir. Bu halda iş yerlərinin attestasiyasının aparılması -hansı məqsədlə edilir və işçilərin hansı hüquqları vardır?
Əmək şəraitindən asılı olmayaraq işəgötürən normativ hüquqi aktlarla - müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir.
İş yerlərinin attestasiyasının keçirilməsi üçün işçilərin aşağıdakı hüquq və təminatları var?
1.İşçilərin zərərli iş şəraitinə görə əlavə əmək haqqı almaq hüququ vardır.
2. Zərərli iş şəraitinə görə əlavə məzuniyyət almaq hüququ vardır.
3. Zərərli iş şəraitinə görə qısaldılmış rejimdə işləmək hüququ vardır.
4. Zərərli iş şəraiti olan iş yerindən başqa və ya yüngül işə keçmək hüququ vardır.
5. Zərərli iş şəraiti olan iş yerindən başqa iş yerinə keçirməklə - peşə xəstəliyinə tutulma ehtimalı aradan qalxar.
6. Ağır və ya zərərli iş şəraitində işləməklə əlaqədar güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ vardır
7. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində işçilərin kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.
8. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
9.İşəgötürən iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunması, sanitariya və gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əməyin məhsuldarlığını, işin səmərəliliyinin artırmaq və s.məqsədilər üçün attestasiya komissiyası yaratmaqla iş yerlərinin attestasiyasını keçirməlidir.
10. İş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və ya qeyri-obyektiv hesab edən işçi məhkəməyə müraciət edə bilər.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ"

Geri qayıt