Əsas Səhifə > Güney Press > ABŞ-dan ardıcıl açıqlamalar
ABŞ-dan ardıcıl açıqlamalarBu gün, 09:34 |
“Vaşinqton Post” yazır ki, seçkidən sonra ABŞ-da qeyri-sabitliyin qarşısının alınması üçün tədbirlər görüləcək. Pentaqon da buna bənzər açıqlama yayıb. ABŞ-da nə baş verir? Niyə bu qədər narahatlıq var? Bu “sürprizləri” ABŞ-a və amerikalılara hansı ölkə, hansı güc yaşadacaq? Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, hazırda ABŞ-da qütbləşmə gedir: “Bu proses bir müddətdir var və qarşısıalınmaz mərhələdədir. Sağ, sol mübarizəsi, gəlir ədalətsizliyi, problemləri artır. Adətən demokratlar və respublikaçılar kritik məqamlarda ortaq məxrəcə gəlirdilər. Lakin hazırda bu baş vermir. Əksinə, fikir ayrılıqları dərinləşir. 2020-ci il seçkilərindən sonra baş verən hadisələr, zorakılıq aktları hələ də unudulmayıb. Əslində bu gün də aktualdır. Xüsusilə yenidən bu proseslərin baş verməsi, hətta daha da güclənməsi ehtimalları səslənir. D.Trampa üç dəfə sui-qəsd cəhdi olub. Bu, çox ciddi faktdır. Buna görə də hadisələrin təkrarlanması risklərindən bəhs edirlər. Lakin mən hadisələrin təkrarlanacağını, vətəndaş qarşıdurmasına çevriləcəyini düşünmürəm. ABŞ siyasi sistemi öz effektivliyini göstərir. Zorakılığın qarşısı alınacaq, yəni dramatik, böyükmiqyaslı nə isə olmayacaq. Vətəndaş müharibəsindən isə söhbət belə gedə bilməz”. Geri qayıt |