Əsas Səhifə > Güney Press > Xankəndidəki hərbi parad: Zərəfimizin tarixi və unudulmaz günü

Xankəndidəki hərbi parad: Zərəfimizin tarixi və unudulmaz günü


5-11-2024, 08:23
Xankəndidəki hərbi parad: Zərəfimizin tarixi və unudulmaz günü
2023-cü il noyabrın 8-də Azərbaycan təntənəli şəkildə əzəli düşmən
üzərində Qələbənin üçüncü ilini qeyd etdi. Həmin gün Bakının müxtəlif
küçə və prospektlərində, Gəncə, Bərdə, Füzuli, Laçın və Zəngilan
rayonlarında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri
oldu. Xalqımız böyük qürur və fərəh hissi ilə şanlı Qələbənin üçüncü
ildönümünü bayram etdi. Qələbə gününü ən yaddaqalan hadisəsi isə
çoxdan səbirsizliklə gözlədiyimiz bir hadisə azad edilən Xankəndidə
əzəmətli paradın keçirilməsi oldu.
Ermənistan rəhbərliyinin davamlı təxribatları nəticəsində 2020-ci il
sentyabrın 27-də başlayan 44 günlük müharibə zamanı 5 şəhər (Cəbrayıl,
Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 300-ə yaxın kənd, qəsəbə və mühüm
yüksəkliklər işğaldan azad olunaraq Azərbaycan Silahlı Qüvvələrinin
nəzarətinə keçdi, Azərbaycan-İran sərhədinə nəzarət bərpa edildi.
Ordumuz Şuşanı azad edəndən bir gün sonra Ermənistan kapitulasiya
aktına imza atdı. Ağdam, Kəlbərcər, Laçın 1 güllə atılmadan azad edildi.
Müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi:
"44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan
verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə
qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi
idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur
olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin
gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini
görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad
edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də
döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox
ola bilərdi".
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi
uzaqgörənliyinə və təcrübəsinə ancaq heyran olmaq olar. Xankəndindəki
paradda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürülmüş
erməni hərbi texnikasının bir hissəsi nümayiş etdirildi. Bu, bizə “mülki
əhali”nin deyil, yaxşı silahlanmış erməni qeyri-qanuni birləşmələrinin
müqavimət göstərdiyini daha bir nümayiş etdirmək üçün vacibidi. Onlar
hətta 44 günlük müharibə başa çatdıqdan sonra da həm Ermənistan
rəhbərliyi, həm də dünya erməniləri tərəfindən maliyyələşdirilməyə və
silahlanmağa davam etdilər. Qarabağ xuntası özünü dağıtdı, onun keçmiş
rəhbərləri Bakıdadırlar və ədalətli məhkəməni gözləyirlər. Xankəndində isə
Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komndanı İlham Əliyev Qələbə
Gününə həsr olunmuş hərbi paradı qəbul etdi.
Ötən il noyabrın 8-də işğaldan azad edilmiş Xankəndində keçirilən
hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyev demişdi: "Uzun illər işğal
zamanı Azərbaycan xalqı bir məqamı hədəfləyib ki, torpaqlarımız tezliklə
işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz
zəhmətimizlə, əməyimizlə yaxınlaşdırdıq".
Daha sonra ölkə başçısı bildirdi ki, “Sentyabr ayında keçirilmiş
antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu
peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa
müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim
olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim
torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də
süqut etdi, halbuki bu, qanunsuz rejimidi. Beləliklə, biz tarixi ədaləti bərpa
etdik.”
Bu gün alnı açıq, başı dik və fəxrlə - biz bütöv və suveren Azərbaycan
vətəndaşıyam-deyirik. Bütün bunlara nail olmağımızda Azərbaycan
Prezidenti İlham Əliyevin şəxsiyyətinin rolu qeyd-şərtsizdir. Onun qlobal
lider kimi bacarıqları, strateji yanaşması, yüksək intellekt səviyyəsi, xalqına
və vətəninə sevgisi və misilsiz diplomatik bacarığı sayəsində 30 ilə yaxın
davam edən erməni işğalına son qoyuldu. O bir tərəfdən öz siyasi iradəsini
nümayiş etdirir, bir tərəfdən hərbi strateji vəzifənin icrasında yüksək
peşəkarlıq göstərir, digər tərəfdən isə öz gündəmini beynəlxalq səviyyədə
təbliğ etmək, dövlətçiliyi və xalqı müdafiə etmək üçün bütün diplomatik
bacarığını sərgiləyir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"

Geri qayıt