Əsas Səhifə > Güney Press > "Dostlarla birgə qeyd edəcəyik o müqəddəs Günü!.."

"Dostlarla birgə qeyd edəcəyik o müqəddəs Günü!.."


4-11-2024, 20:24
"Dostlarla birgə qeyd edəcəyik o müqəddəs Günü!.."
Meydan hərəkatının 36-cı ildönümündə məhz həmin günlərdən -17 Noyabr 1988-ci ildən Azadlıq meydanında Sovet-Rusiya imperiyasına və Qarabağın işğalına qarşı keçirilən milyonluq mitinqlərdə ilk dəfə üçrəngli Azərbaycan bayrağını qaldıranlardan biri kimi tanınmış Bayraqdar Elman Türkoğlu xəstəxanaya yerləşdirilib.

Bu haqda Moderator.az-a açıqlamasında Bayraqdarın özü məlumat verib.

“Bu gündən 6 gündür ki, ürək(kardioloji) xəstəxanasında yatıram. Ürəyimdən açıq əməliyyat olmuşam.
Vəziyyətim yenə çox ağırlaşmışdı və ürəyimdə çox dəhşət ağrılar var idi.
ALLAHa çox Şükürler olsun ki, həkimlərimizin şəfalı əlləri sayəsində iyirmi faiz irəliləyişim var.

Mənə yaxından qayğı göstərib durumumun yaxşılaşdırmağa doğru aparan xəstəxananın direktoru Gülnaz xanım Dadaşovaya, baş həkim Azad Hacıyevə, ürək həkimim Mahir Bağırova və tibb bacıları Vəfa Əliyevaya, İradə Həsənovaya öz dərin minnətdarlığımı bildirib “sağ olun” deyərək təşəkkürlərimi bildirirəm”, -deyə E.Türkoğlu bildirib.

“Qarşıdan 17 Noyabr- Milli Dirçəliş günü - Meydan hərəkatının 36-cı ildönümü gəlir. İnşəAllah, Allah şəfamızı versin xalqımızla, dostlarla birgə qeyd edəcəyik o müqəddəs Günü!.. Allah bu illər ərzində müstəqiliyyimiz, ərazi btüövlüyümüz uğrunda canını fəda etmiş şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Allah dünya durduqca xalqımızı, dövlətimizi ordumuzu, bayrağımızı qorusun”, -deyə Bayraqdar xoş arzularını çatdırıb.

Allahdan Elman Türkoğluna şəfalar diləyir, “yastığın yüngül olsun” deyirik…
Geri qayıt