Əsas Səhifə > Güney Press > İlkindən AYNA-ya irad
İlkindən AYNA-ya irad4-11-2024, 20:20 |
Aparıcı İlkin Həsəni sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, o, fevralda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə etdiyi müraciətə 9 ay sonra reaksiya gəlməsinə irad bildirib: "Bir az bundan əvvəl mənə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) zəng gəldi ki, bizə müraciət etmisiniz. Soruşdum ki, nə müraciət? Cavab verdilər ki, Süleyman Vəzirov küçəsində piyada xəttinin yenilənməsi və pandusların quraşdırılması ilə bağlı müraciətiniz etmisiniz. Birdən yadıma düşdü ki, fevral ayında olub. 9 ay əvvəl fikirləşdim ki, çəkmədən, paylaşmadan, "ASAN müraciət" platformasından müraciət edim. Bu, ölkə başçısının gösətirişi ilə hazırlanmış bir platformadır ki, vətəndaşlar əziyyət çəkməsin, problemlər operativ şəkildə həll olunsun. Amma fevral ayında etdiyim müraciətə indi zəng gəlib. Hələ problem həll olunmayıb. Həll olunanda təşəkkürümü bildirəcəyəm. Amma niyə tələsirdiniz ki? Gözləyərdiniz bir ili tamam olardı və fevralda zəng edərdiniz". Geri qayıt |