Əsas Səhifə > Güney Press > MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrəDünən, 17:03 |
Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq şöbə rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə keçirilib. APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Elfanə Bayramova bildirib ki, Bakı Hərbi Məhkəməsinin hökmü cinayət işi üzrə maddələrin cəza tələbindən 2 dəfədən çox azdır: “Təqsirləndirilən şəxs dövlətə dəyən ziyanın çix cuzi hissəsini ödəyib. Ümumi ziyan 25,456,438 manat təşkil edir. Lakin təqsirləndirilən Məlikməmməd Qurbanov 542,438 manat ödəyib. Həmçinin, maddələrin tələbinə uyğun cəza təyin olunmayıb. Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı şəxsin hərbi rütbəsi alınmaqla 12 il 6 ay azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə 4 il azadlıqdan məhrum edilmə hökmü çıxarıb”. İclasda təqsirləndirilən şəxs çıxış edib. O bildirib ki, ömrünün çox hissəsini Azərbaycan Silahlı Qüvvələrində xidmət edib: “Mən 4 il həmin vəzifədə xidmət etmişəm. Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin əmrlərini yerimı yetirmişəm. Fərqi yoxdur əmrlər şihahidir, ya yazılı. Mənə çatan pulu ziyan olaraq ödəmişəm”. Həmçinin təqsirləndirilən şəxsin vəkili Ceyhun Məmmədov çıxış edərək bildirdi ki, prokurorun protesti əsassızdır: “Müdafiə etdiyim şəxs özünün mənimsədiyi pulu tam olaraq ödəyib. Biz araşdırma zamanı bildirdik ki, Nəcməddin Sadıkovu çağırıb dindirmək lazımdır. O, artıq hərbçi deyil. Sadə vətəndaşdır. Lakin istəyimiz təmin olunmadı. Hətta müdafiə etdiyim şəxsin cəzasının şərti olması üçün də vəsatət qaldırsaq da, vəsatət təmin edulmədi”. Proses dekabrın 2-də davam etdiriləcək. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 09.09.2024-cü il tarixli hökmü ilə Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum olunub. Baş Prokurorluq hökmdən apellyasiya protesti verib. Protestdə qeyd olunub ki, Məlikməmməd Qurbanov Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, ona məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı cəza təyin edilib. Onun əməlinin xarakteri və ictimai təhlükəliliyi, habelə Cinayət qanunun normasının düzgün tətbiq edilməyərək onlara qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi nəzərə alınaraq, qeyd edilən hökmdən sentyabrın 24-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib. Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb. 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib. Xatırladaq ki, Baş Prokurorluq Müdafiə Nazirliyinin sabiq şöbə rəisi Mahir Şirvanov barəsində olan hökmdən də apellyasiya protesti verib. Geri qayıt |