Əsas Səhifə > Güney Press > “Yelo Bank” gələn aydan bu limiti keçənlərdən komissiya haqqı tutacaq

“Yelo Bank” gələn aydan bu limiti keçənlərdən komissiya haqqı tutacaq


Dünən, 16:43
“Yelo Bank” gələn aydan bu limiti keçənlərdən komissiya haqqı tutacaq
“Yelo Bank” mövcud kart tarifləri üzrə dəyişikliklər edir.

İqtisadiyyat.az
xəbər verir ki, bu barədə bank müvafiq qərar qəbul edib.

Belə ki, 4 dekabr 2024-cü il tarixindən etibarən kənar terminallarda Yelo kart hesablarına komissiyasız mədaxil limiti maks. 2000 AZN (ekv.) təşkil edəcək.

Ay ərzində 2000,01 AZN (ekv.) məbləğdən artıq mədaxil olduqda isə 1% komissiya haqqı tətbiq olunacaq.

Xatırladaq ki, sözügedən limit məbləği hazırda 3000 manatdır.

Geri qayıt