Əsas Səhifə > Güney Press > Qarabağ Universitetindən tələbələrin şikayəti ilə bağlı
Qarabağ Universitetindən tələbələrin şikayəti ilə bağlıDünən, 15:21 |
Sosial şəbəkələrdə Qarabağ Universitetinin tələbələri adından şikayət yayılıb. Belə ki, universitetdə tələbələr üçün nəzərdə tutulan əlavə təqadün hələ ki, verilmədiyi açıqlanıb. Eləcə də tələbə yataqxanasında yemək bişirmək üçün qaz, paltaryuyan və s. məişət əşyalarının olmadığı, ödənişli camaşırxananın fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, pulsuz yataqxana qarşılığında yeməkxanadakı yeməklərin qiyməti artırılıb. Yeməkxanada qiymətlərin baha, çeşidlərin az olduğu vurğulanıb. Aylıq abunə qiymətinin 210 manat olduğu, marketdə 40 qəpiyə olan suyun 1 manata, bir dönər və balaca meyvə şirəsinin 4 manata satıldığı bildirilib. Şikayətdə yer alan məsələlərlə bağlı Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva TNS-ə bildirib ki, ali məktəbin Elmi Şurası bu il oktyabın 1-də keçirilən iclasında universitetə yüksək balla qəbul olmuş tələbələrin həvəsləndirilməsi məqsədilə büdcədənkənar vəsaitlər hesabına məqsədli təqaüdün təyin edilməsi qərarını qəbul edib: “Qərara əsasən, I-IV ixtisas qrupları üzrə 600 və daha çox, V ixtisas qrupu üzrə 255 və daha çox bal toplayan tələbələrə aylıq 100 manat, I-IV ixtisas qrupları üzrə 500-600 arası, V ixtisas qrupu üzrə 200-255 arası bal toplayan tələbələrə aylıq 50 manat təqaüd veriləcək. Həmçinin, qeyd olunan kateqoriyalara daxil olmayan, lakin ixtisaslar üzrə ən yüksək bal toplayan 5 tələbəyə də aylıq 50 manat təqaüdün təyin edilməsi nəzərdə tutulub. Artıq təqaüdlərin verilməsinə başlanılıb”. O bildirib ki, yüksək balla qəbul olan tələbələrin mükafatlandırılması, onların motivasiyasını artıracaq və digər tələbələr üçün də bir stimul olacaq: “Universitet bütün məsələlərdə tələbələrin yanındadır və onlara dəstək olur. Bu mənada, universitetin yeməkxanasında qidaların qiyməti də tədris ilinin əvvəlindəki rəqəmlərlə eynilik təşkil edir. Ali təhsil ocağı fəaliyyətə başlayandan sonra bu istiqamətdə hər hansı bir dəyişiklik edilməyib və qiymətin sabit saxlanması əslində, tələbələrin rahatlığını ön planda tutmağın bir göstəricisidir”. Geri qayıt |