Əsas Səhifə > Güney Press > "Qərbin bütün təxribatlarına baxmayaraq..."

"Qərbin bütün təxribatlarına baxmayaraq..."


4-11-2024, 11:42
"Qərbin bütün təxribatlarına baxmayaraq..."
"COP29 qlobal iqlim dəyişikliklərlə bağlı beynəlxalq tədbirdir. Bu tədbirə ev sahibliyi etməyimiz və vaxtın yaxınlaşması Qərbin anti-Azərbaycan dairələrini narahat etməyə başlayıb. Ona görə də ABŞ Konqresi, Fransa Senatı, Niderland Konqresi, Avropa Parlamenti ölkəmizə qarşı qarayaxma ilə dolu anti-Azərbaycan qətnamələri qəbul edir".

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, ABŞ-ın sifarişlərini icra edən "Human Right Watch" və "Freedom Now" insan haqları təşkilatları Azərbaycana qarşı qərəzli hesabatlar yayır və ölkəmizin imicinə xələl gətirməyə və COP29 ərəfəsində anti-Azərbaycan tədbirlərini genişləndirməkdə davam etdirirlər. Onlar təkcə öz ölkələrində Azərbaycana qarşı ədalətsiz kampaniyaları aparmaqla kifayətlənmirlər, həm də Ermənistanda qeyri-qanuni yerləşdirilmiş Aİ-nın müşahidəçi missiyası vasitəsilə şərti sərhədlərimizdə müşahidə aparmaq adı altında kəşfiyyat materialları yığırlar. COP29 yaxınlaşdıqca onlar daha aktivləşərək avtomobilə Fransa bayrağını vurub nümayişkaranə şəkildə şərti sərhədimizə gəlir və yeni təxribat ssenarilər üzərində çalışırlar".

Deputat vurğulayıb ki, Fransanın Ermənistandakı səfiri də vəzifə səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olur və Azərbaycana qarşı böhtanlar səsləndirməklə məşğuldur:

"Halbuki səfirin vəzifəsi diplomatik missiyanı yerinə yetirmək və fəaliyyət göstərdiyi ölkə arasında münasibətlərin inkişaf etdirilməsi ilə məşğul olmaqdır:

"Fransa səfirinin işi isə təəssüf ki, ancaq Azərbaycana qarşı ittihamlar səsləndirməkdən ibarətdir. Onlar Azərbaycanın apardığı müstəqil siyasətini, torpaqlarını işğaldan azad etməsini, həmin ərazilərdə aparılan quruculuq və abadlıq işlərini, keçmiş məcburi köçkünlərin öz doğma yurdalrına qayıtmasını, o cümlədən ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməyini və dünya ictimaiyyətinin Bakıya gəlməsini həzm edə bilmirlər. Amma Qərbin bütün canfəşanlıqlarına baxmayaraq Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək və qlobal iqlim dəyişikliklərə qarşı effektiv mübarizənin təşkil olunması üçün çox vacib qərarların qəbul olunmasına nail olunacaqdır. Bu gün Azərbaycana düşmən gözü ilə baxan Qərb ölkələri bilməlidirlər ki, ölkəmizlə ancaq dostluq münasibətləri qurmaqla əməkdaşlıq etmək olar. Təzyiq göstərməklə bizi öz iradəsinə heç vaxt tabe etdirə bilməyəklər. Çünki, ölkəmzin iqtisadi, hərbi gücü , həm də xalq –iqtidar birliyi və dövlət başçısının uzaqgörən siyasəti bütün çirkin təzyiq cəhdlərini dəff etməyə qadirdir. Biz müstəqil ölkəyik və bundan sonra da qərarlarımızı kimlərinsə xoşuna gəlməsi üçün yox, beynəlxalq hüquqa söykənmiş şəkildə müstəqil qəbul edəcəyik".

Geri qayıt