Əsas Səhifə > Güney Press > Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb
Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb4-11-2024, 08:30 |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb. "DİA-AZ" xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır. Geri qayıt |