Əsas Səhifə > Güney Press > Kiyev Moskva ilə anlaşır?

Kiyev Moskva ilə anlaşır?


4-11-2024, 06:41
Kiyev Moskva ilə anlaşır?
Rusiya və Ukraynanın mümkün qarşılıqlı güzəştlərin sərhədlərini müəyyən etmək üçün qeyri-ictimai danışıqlar apardığı iddia edilir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Die Zeit” portalı məlumat yayıb.

Nəşr yazır ki, guya tərəflər siyasi məsləhətçilər səviyyəsində konfidensial danışıqlar aparırlar. Danışıqlar zamanı enerji infrastrukturuna hücumlardan çəkinmək, eləcə də əsirlərin dəyişdirilməsi, uşaqların qaytarılması və taxıl müqaviləsinin şərtləri ilə bağlı müzakirələr aparıldığı bildirilir.

“Die Zeit” iddia edir ki, tərəflərin nümayəndələri arasında görüşlər artıq Kopenhagen, Kiyev, Davos, Ciddə və başqa yerlərdə keçirilib. Nəşrin məlumatına görə, danışıqlarda həm G7 ölkələri, həm də Çin iştirak edib.

Məqalə müəllifləri əminliklərini ifadə ediblər ki, hazırda məsələ Rusiya və Ukrayna arasında sülh danışıqlarını gözləmək deyil:

“indi əsas məsələ onun nə vaxt və necə baş tutacaqdır”.

Bundan əvvəl Kanadada keçirilən konfransda Vatikan, Qətər və Cənubi Afrika da daxil olmaqla bir sıra ölkələr ukraynalı uşaqların vətənlərinə qaytarılması ilə bağlı danışıqlarda vasitəçi olmağa hazır olduqlarını, Litva və Qətər isə özlərinin Rusiya Federasiyasına və Ukraynaya hərbi əsirlərin mübadiləsində kömək etməyə hazırdır.
Geri qayıt